Qazaxıstanda referendum baş tutub

Qazaxıstanda referendum baş tutub Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı davam edən referendumda yerli vaxtla saat 07:00-a (Bakı vaxtı ilə saat 05:00) qədər 8 mindən çox seçki məntəqəsi açılıb.
Region
5 İyun , 2022 21:10
Qazaxıstanda referendum baş tutub

Qazaxıstanda keçirilən konstitusiya referendumunda yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə saat 20:00) seçici fəallığı 68,44 faiz təşkil edib. Ölkənin 17 inzibati ərazi subyektinin hamısında seçki məntəqələri bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının (MKK) keçirdiyi brifinqdə məlumat verilib.

“Rayon, respublika əhəmiyyətli şəhər və paytaxt komissiyalarının verdiyi məlumata görə, iyunun 5-də saat 22:00-a siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 68,44 faizi seçki bülleteni alıb”, - Mərkəzi Referendum Komissiyasının katibi Muxtar Yerman bildirib.

Onun sözlərinə görə, seçicilərin ən yüksək fəallığı Türküstan bölgəsində (80,66 %), ən aşağı göstərici isə Almatıdadır (33,3 %).

Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 52 xarici ölkədə 65 məntəqə fəaliyyət göstərib. Səsvermə siyahılarına 11,7 milyondan çox vətəndaş daxil edilib, respublika əhalisinin sayı isə 19,1 milyon nəfərdən çoxdur.

12:46

Qazaxıstanda referendum baş tutub.

"Report" xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yaylb.

Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.

07:00

Qazaxıstanda ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı davam edən referendumda yerli vaxtla saat 07:00-a (Bakı vaxtı ilə saat 05:00) qədər 8 mindən çox seçki məntəqəsi açılıb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının sədr müavini Konstantin Petrov keçirdiyi brifinqdə bildirib.

“Nur-Sultan vaxtı ilə saat 07:00-a olan məlumata görə, 12 regionda 8 089 seçki məntəqəsi səsverməyə başlayıb”, - Petrov deyib. Onun sözlərinə görə, Qazaxıstanın 10 xarici dövlətdəki nümayəndəliklərində 12 seçki məntəqəsində də səsvermə başlayıb.

Qazaxıstanda saat qurşağının sərhədlərinə uyğun olaraq, ölkənin beş regionunda - Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Manqistau vilayətlərində seçki məntəqələri bir saat gec, yəni Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) işə başlayacaq.

Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılır.

Son xəbərlər

Orphus sistemi