Qazaxıstan prezidenti: “Latın qrafikasına keçmək rus dili və kiril əlifbasından imtina demək deyil”

Qazaxıstan prezidenti: “Latın qrafikasına keçmək rus dili və kiril əlifbasından imtina demək deyil” Nursultan Nazarbayev: “Biz müzakirə edib təqdim olunan variantlardan birinin seçəcəyik”
Region
18 Avqust , 2017 10:52
Qazaxıstan prezidenti: “Latın qrafikasına keçmək rus dili və kiril əlifbasından imtina demək deyil”

Bakı. 18 avqust. REPORT.AZ/ “Latın qrafikasına keçmək rus dili və kiril əlifbadan imtina demək deyil”.

“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xabar” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, latın əlifbası ilk növbədə qazax dilinə aiddir: "Rus dilində çıxan bütün nəşrlər öz fəaliyyətini kiril əlifbası ilə davam etdirəcək. Bu öz-özlüyündə ciddi məsələdir. Əlifaba ilə bağlı böyük hazırlıq işləri görülür. Bir neçə variant var. Tezliklə onlara baxacağam. Tərcüməçilər və alimlərlə görüşəcəyəm. Biz müzakirə edib təqdim olunan variantlardan birinin seçəcəyik”.

Qeyd edək ki, bu ilin aprelində Qazaxıstan lideri bildirib: “2018-ci ildən ölkə məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır. Biz latın əlifbasına keçid dövrünə hazırlığa başlayırıq. Hökumət latın yazılı qazax dilinə keçmək üçün qrafik tərtib etməlidir. Alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”.

Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanıb. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanıb. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildən müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi