Qazaxıstan parlamenti MDB ölkələrində hüquqi yardım haqqında sazişi təsdiqləyib

Qazaxıstan parlamenti MDB ölkələrində hüquqi yardım haqqında sazişi təsdiqləyib Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) cümə axşamı MDB çərçivəsində fərdi məlumatların mübadiləsi sahəsində inzibati məsələlərdə hüquqi yardım haqqında sazişi ratifikasiya edib.
Region
17 Mart , 2022 08:58
Qazaxıstan parlamenti MDB ölkələrində hüquqi yardım haqqında sazişi təsdiqləyib

Qazaxıstan Parlamentinin Senatı (yuxarı palatası) cümə axşamı MDB çərçivəsində fərdi məlumatların mübadiləsi sahəsində inzibati məsələlərdə hüquqi yardım haqqında sazişi ratifikasiya edib.

“Report” xəbər verir ki, saziş MDB çərçivəsində fərdi məlumatların mübadiləsi sahəsində inzibati məsələlər: vətəndaşlığın olması (olmaması), miqrasiya qeydiyyatı, vizaların və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi üçün əməkdaşlıq üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur.

Sənəd MDB ölkələrinin hüquq-mühafizə orqanlarından fiziki şəxslərin şəxsi məlumatları haqqında məlumatların verilməsi ilə bağlı müraciətlərə baxılması və həlli prosesində yaranan ictimai münasibətlərin tənzimlənməsinə yönəlib.

Parlamentin aşağı palatası sazişi martın əvvəlində təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi