Qardabanidə iki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb - YENİLƏNİB

Qardabanidə iki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb - YENİLƏNİB Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.
Region
24 İyun , 2021 17:55
Qardabanidə iki azərbaycanlı yeniyetmə göldə boğularaq ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Gürcüstanın Qardabani rayonunda süni göldə batan digər yeniyetmənin də meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, batan şəxslərin hər ikisi Nəzərli kənd sakinidir.

İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.

17:32

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.

“Report”un yerli bürosu xəbər verir ki, dalğıclar onlardan birinin meyitini tapıblar.

Yayılan məlumatlara əsasən, göldə üç yeniyetmə çimib. Onlardan yalnız biri sahilə çıxıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi