Məhəmməd Əşrəf Qani: "Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq"

Məhəmməd Əşrəf Qani: "Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq" Bakı. 28 yanvar. REPORT.AZ/ Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq.
Region
1225
28 Yanvar , 2019 15:53
Məhəmməd Əşrəf Qani: Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Əfqanıstan hökuməti ölkədə xarici qoşunların olmamasına çalışacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Məhəmməd Əşrəf Qani deyib.

“Xarici qoşunların sayını dəqiq plana əsasən, sıfıra çatdırmağa çalışacağıq”, – deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, hazırda Əfqanıstanda 14 mindən artıq ABŞ hərbçisi var.

Bundan əvvəl ABŞ və “Taliban” hərəkatı xarici qoşunların ölkədən çıxarılması planını razılaşdırdıqları bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi