Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində yeni məktəbin tikilməsinə ehtiyac var.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Laqodexidə səfərdə olan ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, kənddə yeni məktəb mütləq inşa olunmalıdır.
G.Qaxaria Kaxeti bölgəsində həyata keçirilən infrastruktur layihələrdən danışıb. O deyib ki, Laqodexidə fasiləsiz su təminatı üzrə bir neçə layihə reallaşdırılır.
Qeyd edək ki, Qabal kəndində azərbaycanlılar yaşayır. Kənddə yeni azərbaycandilli məktəbin inşası ötən ilin aprelində elan olunub. Qabaldakı hazırkı məktəbin isə təmir-bərpaya ehtiyacı var.