Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər Cənubi Qafqazdakı durumu müzakirə ediblər.
“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin icrası müzakirə edilib. Həmçinin regional sabitliyin təmin edilməsi, o cümlədən Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün birgə işin intensivləşdirilməsinin vacibliyi vurğulanıb”- məlumatda vurğulanıb.
Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə mayın 22-də baş tutan təmaslarından danışıb.
Telefon danışığı zamanı ikitərəfli gündəlikdəki aktual məsələlərə toxunulub.
Nikol Paşinyan və Vladimir Putin strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.