“Krım körpüsündə törədilən terror aktı üçün partlayıcıların Odessadan taxıl daşıyan gəmiylə göndərildiyi təsdiqlənərsə, Rusiya taxıl dəhlizini bağlayacaq”.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Krım körpüsünü partlatmaq üçün partlayıcı maddələrin taxıl tədarükü dəhlizi ilə Odessadan göndərilib-göndərilmədiyi hələ dəqiq müəyyən edilməyib. FTX Krım körpüsündə törədilən terror aktı üçün partlayıcıların çox güman ki, dəniz yolu ilə göndərildiyini açıqlayıb. Əgər humanitar dəhlizlərdən terror hücumları üçün istifadə olunduğu üzə çıxarsa, bu, taxıl sazişini şübhə altına alacaq”, - o vurğulayb.
Putin həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna taxılının ilk növbədə kasıb ölkələrə getməsini təmin edən strukturun qurulmasını təklif etdiyini bildirib.