Putin dünyada təhlükəsizliyə qarşı təhdidləri açıqlayıb

Putin dünyada təhlükəsizliyə qarşı təhdidləri açıqlayıb Rusiya Prezidenti dünyada təhlükəsizliyə qarşı təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması risklərini, narkotik maddələrin alqı-satqısı, kibercinayətkarlıq və terrorizmi sadalayıb
Region
23 İyun , 2021 10:54
Putin dünyada təhlükəsizliyə qarşı təhdidləri açıqlayıb
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizliyə qarşı təhdidlər sırasında kütləvi qırğın silahlarının yayılması risklərini, narkotik maddələrin alqı-satqısı, kibercinayətkarlıq və terrorizmi sadalayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Regional silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd cinayətkar qruplaşmalarının fəallığı, narkotik maddələrin alqı-satqısı və kibercinayətkarlıq ciddi narahatlıq doğurur”, - Rusiya dövlətinin başçısı Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçılarına videomüraciətində bildirib.

“Beynəlxalq terrorizm də əvvəlki kimi xüsusi təhdid olaraq qalır”, - prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi