Putin: BRICS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb

Putin: BRICS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb BRICS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb, lakin bu dövlətlərin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.
Region
24 Oktyabr , 2024 20:34
Putin: BRICS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb

BRICS tərəfdaş ölkələrinin siyahısı razılaşdırılıb, lakin bu, dövlətlərin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda keçirilən BRICS sammitinin yekunlarına dair təşkil olunmuş mətbuat konfransında deyib.

“Bir çox ölkələr bu birlikdə işləməyə maraq göstərir. 35 ölkə Kazanda keçirilən tədbirlərdə iştirak edib. Tərəfdaşlarımızla razılaşdıq ki, ilk mərhələdə mümkün genişlənməni nəzərə alaraq, tərəfdaş ölkələrin siyahısının razılaşdırılması yolu ilə gedəcəyik. Belə bir siyahı artıq razılaşdırılıb”, - o bildirib.

Putinin sözlərinə görə, BRICS çərçivəsində keçirilən tədbirlərdə iştirak edən bəzi ölkələr assosiasiyanın işində tam şəkildə iştirak etmək üçün öz təklif və müraciətlərini təqdim ediblər.

“Vəziyyət bundan sonra belə inkişaf edəcək. Biz gələcək tərəfdaş ölkələrə işimizdə iştirak etməklə bağlı dəvət və təkliflər göndərəcəyik və yalnız müsbət cavab aldıqdan sonra bu siyahıda kimin olduğunu açıqlayacağıq”, - Rusiya lideri qeyd edib.

Son xəbərlər

Orphus sistemi