Ukrayna Prezident Ofisi: "Hazırda intensiv məsləhətləşmələr davam etdirilir"

Ukrayna Prezident Ofisi: "Hazırda intensiv məsləhətləşmələr davam etdirilir" “Hazırda bir sıra mühüm məsələlər üzrə intensiv məsləhətləşmələr davam edir.
Region
29 Mart , 2022 13:33
Ukrayna Prezident Ofisi: Hazırda intensiv məsləhətləşmələr davam etdirilir

“Hazırda bir sıra mühüm məsələlər üzrə intensiv məsləhətləşmələr davam edir. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatları haqqında sazişdir və yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna və Rusiya arasında danışıqlar üzrə nümayəndə heyətlərinin görüşündə iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak aralıq brifinqində söyləyib.

Onun sözlərinə görə, hazırda bütün yığılmış humanitar problemlərin həllinin mümkün olması üçün nümayəndə heyətlərinin müzakirə etdiyi məsələlərdən ikincisi atəşkəsdir: “Bu gün bizim daha böyük problemimiz var, müharibənin qızışması, nifrətin artması, döyüş adətlərinin, qaydalarının pozulmasının artması problemi. Bizdə və digər yerlərdə birbaşa efirlərdə bu və ya digər xalqı məhv etməyə çağırışlar, münaqişələrə gətirib çıxaran, hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasının necə pozulduğunu əks etdirən videogörüntülər yayımlanır”.

Son xəbərlər

Orphus sistemi