Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq Rusiya və Türkiyə yaxın günlərdə BMT-nin gündəmindəki çoxtərəfli məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.
Region
30 Aprel , 2024 18:03
Rusiya XİN: Yaxın günlərdə Türkiyə ilə çoxtərəfli məsləhətləşmələr aparılacaq

Rusiya və Türkiyə yaxın günlərdə BMT-nin gündəmindəki çoxtərəfli məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən o da qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məsləhətləşmələr üçün mayın 2-də İstanbula gedəcək.

“Bu, BMT-nin gündəliyindəki çoxtərəfli məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu olacaq”, - bildirilib.

Son xəbərlər

Orphus sistemi