Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək

Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Bakı və İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək.
Region
9 Yanvar , 2025 14:43
Peskov: Rusiya Ermənistan və Azərbaycanla münasibətlərin inkişafını davam etdirəcək

Moskva Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlı olaraq Bakı və İrəvanla münasibətlərin inkişafını davam etdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O vurğulayıb ki, Cənubi Qafqaz Rusiya üçün uzaq region deyil.

"Biz Qafqazda sülh, sabitlik, qarşılıqlı etimad və təhlükəsizlik mühitinin olmasını istəyirik. Bizim həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz bu münasibətləri qiymətləndiririk və onları daha da inkişaf etdirmək üçün əlimizdən gələni etmək niyyətindəyik", - D.Peskov bildirib.

D.Peskov Rusiya dövlət başçısı Vladimir Putinin son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqələrinin olub-olmadığına dair suala "Bu (keçən) günlərdə heç bir əlaqə olmayıb", - deyə cavab verib.

Son xəbərlər

Orphus sistemi