Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.
Region
19 Mart , 2024 15:02
Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.

"Report" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.

“Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: “Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.

Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib.

Son xəbərlər

Orphus sistemi