Peskov: Avropanın sanksiyaları ləğv etmək istəməməsi sülhdə maraqlı olmadığını göstərir

Peskov: Avropanın sanksiyaları ləğv etmək istəməməsi sülhdə maraqlı olmadığını göstərir Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək istəməməsi onların sülhdə maraqlı olmadığını göstərir.
Region
28 mart 2025 17:41
Peskov: Avropanın sanksiyaları ləğv etmək istəməməsi sülhdə maraqlı olmadığını göstərir

Avropa ölkələrinin Moskvaya qarşı tətbiq edilən sanksiyaları ləğv etmək istəməməsi onların sülhdə maraqlı olmadığını göstərir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Avropa İttifaqının (Aİ) bu mövqeyinin yenilənmiş taxıl sazişinə mane olub-olmayacağı barədə sualına cavabında bildirib.

"Kənd təsərrüfatı məhsulları ilə bağlı hesablaşmalarla məşğul olan bank qurumumuza qarşı sanksiyaların aradan qaldırılması Qara dəniz təşəbbüsünün ayrılmaz hissəsidir. Bu məhdudiyyətlərin mahiyyəti son dərəcə aydındır. Əgər Avropa ölkələri bu yolla getmək istəmirsə, bu o deməkdir ki, onlar sülh yolu ilə getmək, Moskva və Vaşinqtonun sülhə doğru irəliləyiş istiqamətində göstərdiyi səylərə kömək etmək və onlara uyğun hərəkət etmək istəmirlər", - o qeyd edib.

D.Peskov əlavə edib ki, Rusiyanın şərtləri hamıya yaxşı məlumdur. "O vaxtdan bəri heç bir yenilik olmayıb", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi