Rusiyanın Perm diyarında iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Perm diyarı üzrə Baş İdarəsi
“Noyabrın 19-da təxminən saat 23:50-də (Bakı vaxtı ilə 22:50 – red.) Çernuşka – Tyuş avtomobil yolunda Çernuşka şəhəri istiqamətində 1980-ci il təvəllüdlü sürücünün idarə etdiyi “Nissan Serena” markalı avtomobili hərəkət edirdi. İlkin məlumata görə, avtomobil yolunun 4-cü kilometrində sürücü təkəri dəyişdirən “Sitrak” yük maşınına çırpılıb. Müəyyən edilib ki, qəza dayanma nişanı qoyulmuş və qəza işıq siqnalı yandırılmışdı”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, qəza nəticəsində yük avtomobilinin sürücüsü sağ qalsa da, ona təkəri dəyişməyə yardım edən şəxs, habelə minivenin sürücüsü və iki sərnişini aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər.