Rusiya TŞ katibi: "Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin avantüralarının nəticəsidir"

Rusiya TŞ katibi: "Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin avantüralarının nəticəsidir" Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin hərbi avantüralarının və ayrı-ayrı oyunçuların regional, bəzən də qlobal orbit rolunu üzərinə götürmək, beynəlxalq ictimaiyyətin digər üzvlərinin onun əmrlərinə boyun əyməyə məcbur etmək cəhdlərinin nəticəsidir.
Region
24 Aprel , 2019 11:52
Rusiya TŞ katibi: Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin avantüralarının nəticəsidir
0 : 00
0 : 00

"Dünyadakı münaqişələrin əksəriyyəti üçüncü ölkələrin hərbi avantüralarının və ayrı-ayrı oyunçuların regional, bəzən də qlobal orbit rolunu üzərinə götürmək, beynəlxalq ictimaiyyətin digər üzvlərinin onun əmrlərinə boyun əyməyə məcbur etmək cəhdlərinin nəticəsidir".

"Report" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin əsas vəzifəsi münaqişələrdən və zorakılıqlardan azad dünya qurmaqdır. 

"Bu yalnız bütün ölkələrin beynəlxalq sazişlərlə üzərinə götürdüyü öhdəliklərə vicdanla riayət etməsi, kollektiv başlanğıcların, ilk növbədə BMT mexanizmlərinin gücləndirilməsi halında mümkündür", - N.Patruşev bildirib.

Son xəbərlər

Orphus sistemi