Bakı. 15 yanvar. REPORT.AZ/ "Mənim addımım" blokundan olan deputat Vaaqn Qriqoryan mandatından imtina barədə ərizə verib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Ararat Mirzoyan bu gün parlamentin iclasının əvvəlində bildirib.
Qeyd edək ki, "Mənim addımım" blokuna ölkənin Baş naziri Nikol Paşinyan rəhbərlik edir.
Dünən Ermənistanda yeni seçilmiş parlament fəaliyyətinə başlayıb və iclasda Ararat Mirzoyan parlamentə yeni sədr seçilib.