Ermənistanın yeni parlamenti fəaliyyətə başlayıb

Ermənistanın yeni parlamenti fəaliyyətə başlayıb Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistanın yeni parlamentinin ilk toplantısı keçirilib.
Region
14 Yanvar , 2019 11:24
Ermənistanın yeni parlamenti fəaliyyətə başlayıb
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Ermənistanın yeni parlamentinin ilk toplantısı keçirilib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, iclası baş nazir səlahiyyətlərini icra edən "Mənim addımım" fraksiyasından olan yezidi kürd əsilli deputat Knyaz Həsənov açıb.   

Əvvəlcə deputatlar and içiblər.

Qanunverici orqanın ilk iclasının gündəliyində 7 məsələ var. Deputatlar parlamentin sədrini, onun müavinlərini və daimi komissiyaların tərkibini seçəcəklər. Bunun ardınca komissya sədrləri müəyyən ediləcək.

Müzakirə ediləcək məsələlərdən biri “Hökumətin strukturuna dəyişikliklər haqqında” qanun layihəsi, digəri isə hökumətin proqramının təsdiqlənməsidir. 

Son xəbərlər

Orphus sistemi