Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver

Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.
Region
30 Noyabr , 2020 06:43
Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver
0 : 00
0 : 00

Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.

Bu barədə “Report” “Mediaport” teleqram kanalına istinadən bildirir.

Qeyd edilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs polislərə bildirib ki, bu hərəkəti ilə baş nazir Nikol Paşinyanın satqınlığı ilə razılaşmadığını ifadə edib və onun təcili istefasını tələb edir.

Hadisə ilə bağlı açıqlama verən Ermənistan polisi Paşinyana yumurta atmış şəxsin buraxıldığını qeyd edib.

Qeyd edək ki, son günlər Ermənistanda artan kütləvi etirazlarla əlaqədar Paşinyanın şəxsi mühafizəsi gücləndirilib, cangüdənlərin sayı artırılıb. Bununla yanaşı, baş nazirin kortecinin hərəkət etdiyi küçələr bağlanır.

Son xəbərlər

Orphus sistemi