Paşinyan: Türkmənistanda Putinlə ayrıca görüş planlaşdırılmır
Region
- 08 oktyabr, 2026
- 12:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə rəsmi görüşlər planlaşdırılmır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, o, Rusiya lideri ilə qeyri-rəsmi söhbəti istisna etməyib.
"Rəsmi görüşlər planlaşdırılmır. Əgər prosesin gedişində buna ehtiyac olduğu məlum olarsa, o zaman bu baş tuta bilər", - Paşinyan bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Türkmənistanda Rusiya Prezidenti ilə müəyyən təmaslar olacaq. "Bu gün və sabah biz eyni tədbirdə (Türkmənistanda MDB sammiti) birlikdə olacağıq. Bu cür formatlarda təmaslar birmənalı şəkildə olur", - Baş nazir əlavə edib.
Пашинян: Отдельная встреча с Путиным в Туркменистане не планируется
Nikol Pashinyan does not rule out informal conversation with Vladimir Putin in Turkmenistan
Son xəbərlər
14:01
XİN başçısı: Azərbaycan-İtaliya əməkdaşlığının əsas istiqamətlərindən biri də enerji sektorudur
Xarici siyasət
14:01
Foto
Video
Qərbi Azərbaycanın yaddaş yerləri - Əhalisi bir neçə dəfə deportasiyaya məruz qalan Zod kəndi
Daxili siyasət
14:00
Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzaq səfəri olacaq
Futbol
13:59
"Webuild" Azərbaycanda infrastruktur layihələrinin icrası imkanlarını nəzərdən keçirir
Biznes
13:58
Azərbaycanda ödənilən subsidiyaların 85 %-i süni intellektlə monitorinq edilir
ASK
13:57
"Iveco" Azərbaycana elektrik və məktəbli avtobuslarının tədarükündə maraqlıdır
Biznes
13:56
Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb
Xarici siyasət
13:54
Rusiya ötən həftə Ukraynanın neft-qaz sektoruna 100-dən çox zərbə endirib
Region
13:54
ADB dəmir yolları sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirəcək
İnfrastruktur