Papuaşvili: USAID ötən il Gürcüstanda seçkiləri pozmağa çalışan QHT-lərə 41,7 milyon dollar verib

Papuaşvili: USAID ötən il Gürcüstanda seçkiləri pozmağa çalışan QHT-lərə 41,7 milyon dollar verib Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 41 milyon dollardan çox vəsait alıb.
Region
4 Fevral , 2025 11:58
Papuaşvili: USAID ötən il Gürcüstanda seçkiləri pozmağa çalışan QHT-lərə 41,7 milyon dollar verib

Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 41 milyon dollardan çox vəsait alıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində paylaşım edib.

"USAID siyasi korrupsiya vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon dollar xərcləyib. ABŞ və Gürcüstan əhalisinin nisbətinə görə hesabladıqda, bu, ABŞ-də seçkilərə xaricdən xərclənən 3,78 milyard dollar təşkil edərdi. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha təəccüblü olacaq", - o yazıb.

Parlamentin sədri Gürcüstanda seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib.

"Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil", - Ş.Papuaşvili bildirib.

Son xəbərlər

Orphus sistemi