Papuaşvili: ABŞ-nin gürcü rəsmilərinə qarşı sanksiyaları qeyri-ciddi addımdır

Region
  • 07 iyun, 2024
  • 16:35
Papuaşvili: ABŞ-nin gürcü rəsmilərinə qarşı sanksiyaları qeyri-ciddi addımdır

ABŞ-nin gürcü rəsmilərinə qarşı sanksiyaları bu ölkəyə yaraşmayan qeyri-ciddi addımdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, dostluğa cavab olaraq belə qeyri-ciddi bəyanatlar və ya qərarların qəbulu təəssüf doğurur:

"Bir daha vurğulamaq istərdim ki, gürcü xalqı 30 il ərzində ABŞ-yə dostluq nümayiş etdirib. Təəssüf ki, bu dostluğa cavab olaraq qeyri-ciddi bəyanatları görürük”, - Ş.Papuaşvili bildirib.

Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.

44 - Tezliklə