Pakistan və Rusiya XİN başçılarının görüşü olub - YENİLƏNİB

Pakistan və Rusiya XİN başçılarının görüşü olub - YENİLƏNİB Pakistan xarici işlər naziri Bilaval Bhutto Zardari Moskvada səfərdədir.
Region
30 Yanvar , 2023 14:32
Pakistan və Rusiya XİN başçılarının görüşü olub - YENİLƏNİB

Moskvada səfərdə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

“Report” xəbər verir ki, bu barədə Pakistan XİN-dən bildirilib. 

Nazirlər iki ölkə arasındakı əlaqələrin inkişafını və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 

09:50

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Moskvada səfərdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, o, həmkarı Sergey Lavrovla görüşəcək.

Tərəflərin ikitərəfli və regional, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Son xəbərlər

Orphus sistemi