Özbəkistanda koronavirusa yoluxanların sayı yenə artdı

Özbəkistanda koronavirusa yoluxanların sayı yenə artdı Özbəkistanda koronavirusa yoluxanların sayı 2 217-yə yüksəlib.
Region
6 May , 2020 09:35
Özbəkistanda koronavirusa yoluxanların sayı yenə artdı

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 217-yə yüksəlib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Özbəkistanda son sutkada daha 10 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, ölkədə 1 501 nəfər virusdan sağalsa da, 10 pasiyent ölüb.

Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi