Özbəkistanda koronavirusa yoluxanların sayı 2 620-yə yüksəldi

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 620-yə yüksəldi Özbəkistanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.
Region
14 May , 2020 09:27
Özbəkistanda koronavirusa yoluxanların sayı 2 620-yə yüksəldi

Özbəkistanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma hallarının sayı 2 620-yə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 2 076 nəfər sağalsa da, 11 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi