Özbəkistanda COVID-19-a yoluxanların sayı 2 500-ü ötdü

Özbəkistanda COVID-19-a yoluxanların sayı 2 500-ü ötdü Özbəkistanda koronavirusa (COVID-19) yoluxanların sayı 2 568-ə yüksəlib.
Region
13 May , 2020 09:25
Özbəkistanda COVID-19-a yoluxanların sayı 2 500-ü ötdü

Özbəkistanda koronavirusa (COVID-19) yoluxanların sayı 2 568-ə yüksəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Özbəkistanda son sutkada daha 21 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, ölkədə virusdan 10 nəfər ölüb, 2 010 pasiyent sağalıb.

Özbəkistanda karantin rejimi mayın 10-dək qüvvədə olacaq. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 292 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi