Özbəkistan prezidentinin cənazəsi Səmərqəndə gətirilib

Özbəkistan prezidentinin cənazəsi Səmərqəndə gətirilib Prezidentin tabutu ağ örtüyə və Özbəkistanın dövlət bayrağına bürünüb
Region
3 Sentyabr , 2016 10:31
Özbəkistan prezidentinin cənazəsi Səmərqəndə gətirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun cənazəsi Səmərqəndə aparılıb.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, cənazəni Səmərqənddə əlində gül tutan minlərlə sakin qarşılayıb.

Prezidentin tabutu ağ örtüyə və Özbəkistanın dövlət bayrağına bürünüb.

Qeyd edək ki, ölkə konstitusiyasına əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmatullah Yuldaşev icra edəcək. Dövlət dəfn komissiyasının sədri isə baş nazir Şavkat Mirziyoyevdir. 

Son xəbərlər

Orphus sistemi