Overçuk: Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq

Overçuk: Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün olmayacaq.
Region
27 mart 2025 12:25
Overçuk: Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq
Aleksey Overçuk

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq, iki stulda oturmaq mümkün olmayacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Mən Ermənistanda qəbul edilən qanunun mətni ilə tanış oldum. Burada tamamilə ümumi sözlər öz əksini tapıb. Amma bu, Ermənistanın daxili işidir", - o söyləyib və hər iki təşkilatın gündəliyinin oxşar olduğunu qeyd edib.

A.Overçuk vurğulayıb ki, Ermənistan seçim etməli olacaq.

"Çünki iki stulda oturmaq mümkün olmayacaq, bu, tamamilə aydındır", - Baş nazirin müavini bildirib.

Qeyd edək ki, Ermənistan parlamenti martın 26-da ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanunu ikinci və yekun oxunuşda qəbul edib.

Son xəbərlər

Orphus sistemi