Bakı. 15 aprel. REPORT.AZ/ Orenburq vilayətinin Kvarkeno kəndində yaşayış evindəki yanğın nəticəsində biri qadın olmaqla 4 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Orenburaqdakı İstintaq İdarəsi məlumat yayıb.
Yanğının səbəbi araşdırılır.
“İlkin məlumata əsasən, evdə 4 nəfər yaşayırmış. Onlar heç bir yerdə işləmir, qeyri-sağlam həyat tərzi keçirirmiş”, - deyə, idarədən bildirilib.




