Nikol Paşinyanın parlament fraksiyası parçalanır

Nikol Paşinyanın parlament fraksiyası parçalanır Ermənistanda hakim “Mənim addımım” parlament blokunun deputatları yeni fraksiya yaradacaq.
Region
20 May , 2020 17:06
Nikol Paşinyanın parlament fraksiyası parçalanır
0 : 00
0 : 00

Ermənistanda hakim “Mənim addımım” parlament blokunun deputatları yeni fraksiya yaradacaq.

“Report” xəbər verir ki, bunu “Past” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə komissiyasının sədri, hakim blokdan olan deputat Ruben Rubenyanın mandatını təhvil verəcəyi barədə yayılan xəbərlər doğru deyil: “O, “Mənim addımım” fraksiyasından çıxacaq. Ona hakim blokdan bir neçə deputat da qoşulacaq. Onlar qeyri-rəsmi olaraq müstəqil deputatlar qrupu yaradacaqlar. Bu qrup baş nazirin müavini Tiqran Avinyanın nəzarəti altında fəaliyyət göstərəcək”.

“Past”ın qənaətincə, hakimiyyətin parlamentdəki Avinyan qanadı Ruben Rubinyanın rəhbərliyi ilə müstəqil “qrup” olaraq fəaliyyət göstərəcək. 

Son xəbərlər

Orphus sistemi