Ermənistanda Nikol Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu

Ermənistanda Nikol Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu Ermənistan prezidenti Armen Sarkisyan Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb
Region
25 Fevral , 2021 00:45
Ermənistanda Nikol Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu
Tiran Xaçatryan

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub. Xatırladaq ki, daha əvvəl “Yerevan.today” portalı Tiran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb. Nikol Paşinyan iddia edib ki, Qarabağ müharibəsi zamanı “İskəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İskəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".

Ermənistanın Müdafiə Nazirliyi bundan bir neçə sonra geniş bəyanatla çıxış edib. Nazirlik iddia edib ki, Xaçatryanın sözləri guya “təhrif olunub”.

Son xəbərlər

Orphus sistemi