Ermənistanın baş naziri: Sülh sazişi imzalanana qədər Azərbaycanla nəqliyyat qovşaqları açıla bilər

Ermənistanın baş naziri: Sülh sazişi imzalanana qədər Azərbaycanla nəqliyyat qovşaqları açıla bilər Sülh sazişi imzalanandan sonra Azərbaycan ilə nəqliyyat qovşaqları açılmalıdır, lakin İrəvan başqa variantları müzakirə edə bilər.
Region
12 İyun , 2024 15:18
Ermənistanın baş naziri: Sülh sazişi imzalanana qədər Azərbaycanla nəqliyyat qovşaqları açıla bilər

Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını tamamilə mümkün sayır.

“Report” "Sputnik-Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Praktiki addımlarla real sülhü formalaşdırmaq mümkündür. Sonra da sülh sazişi imzalamaq olar. Amma sülh sazişi istənilən halda imzalanmalıdır”, - baş nazir parlamentdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, tərəflərin həll etməyə çalışdığı problem çox mürəkkəbdir və təkcə dərslik yanaşmaları ilə proses irəli gedə bilməz.

O, ümumi prinsiplərin aydınlaşdırmağın zəruriliyi ilə razılaşır.

N.Paşinyan təsdiqləyib ki, Ermənistan bir ay ərzində sülh sazişi imzalamağa hazır olduğunu əvvəlcədən bəyan edib: “Bizim fikrimizcə, sülh sazişinin hazırkı mətni kifayət qədər yetkindir və əvvəllər yaradılmış və imzalanmış ikitərəfli sazişlər əsasında son sətirlərinə qədər uyğunlaşdırıla, yekun formasına gətirilə bilər”.

Son xəbərlər

Orphus sistemi