Nikol Paşinyan görəcəyi işləri açıqlayıb

Nikol Paşinyan görəcəyi işləri açıqlayıb Bakı. 30 aprel. REPORT.AZ/ “Bizim vaxtımız az olduğundan ilk gündən azad, ədalətli və qanuni seçkilər əsasında hökumət formalaşdırmağa başlamalıyıq”.
Region
155
30 Aprel , 2018 11:53
Nikol Paşinyan görəcəyi işləri açıqlayıb
Ermənistan müxalifət lideri Nikol Paşinyan / Sergei Grits/AP

Bakı. 30 aprel. REPORT.AZ/ “Bizim vaxtımız az olduğundan ilk gündən azad, ədalətli və qanuni seçkilər əsasında hökumət formalaşdırmağa başlamalıyıq”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalifət lideri Nikol Paşinyan baş nazir seçiləcəyi halda görəcəyi işlərdən danışarəkən vurğulayıb.

“Bizim atacağımız ilk addım yığılıb qalmış, çoxsaylı problemlərin həll edilməsidir. Vacib işlərdən biri də sabit işgüzar şəraitin yardılmasıdır. İndi mən ancaq baş nazir vəzifəsinə namizədəm. Baş nazir olandan sonra hökumətin tərkibi məsələsini müzakirə edəcəyik. Biz məsələləri bir-biri müzakirə etməliyik. İkinci addımım 15 gün müddətinə yeni hökumətin formalaşdırılmasıdır”, - Nikol Paşinyan bildlrib.

Qeyd edək ki, aprelin 30-da "Çıxış" parlament fraksiyası baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb.

O, aprelin 30-da parlamentin üç fraksiyası, o cümlədən hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) ilə görüşəcək. "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri Qaqik Tsarukyan artıq Nikol Paşinyanı dəstəkləyəcəklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi