Nikol Paşinyan Filip Rikerlə görüşüb

Nikol Paşinyan Filip Rikerlə görüşüb Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Region
1 Dekabr , 2022 16:59
Nikol Paşinyan Filip Rikerlə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin administrasiyası bildirib.

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Bildirilib ki, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.

Son xəbərlər

Orphus sistemi