Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası üzrə iki işçi qrup yaradıb - YENİLƏNİB

Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası üzrə iki işçi qrup yaradıb - YENİLƏNİB Baş nazir Nikol Paşinyanın qərarı ilə Azərbaycanla Ermənistan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərkibində işçi qrup yaradılıb.
Region
22 Aprel , 2024 13:24
Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası üzrə iki işçi qrup yaradıb - YENİLƏNİB

Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası məsələləri üzrə komissiyanın nəzdində Tavuş vilayətinin sakinləri və Ermənistanın təhlükəsizlik blokunun nümayəndələrinin daxil olduğu iki işçi qrup yaradılıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq qərarda deyilir.

Bildirilib ki, hökumətin qərarına əsasən, Ermənistan və Azərbaycanın yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra koordinatların dəqiqləşdirilməsi, müvafiq protokol və təsvirin yaradılması məqsədilə işçi qruplar yaradılıb: müvafiq olaraq Bağanis - Bağanis Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı.

12:14

Baş nazir Nikol Paşinyanın qərarı ilə Azərbaycanla Ermənistan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərkibində işçi qrup yaradılıb.

“Report”un Nyus.am-a istinadən verdiyi xəbərə əsasən, işçi qrupa Tavuşun qubernatoru, yerli icmaların rəhbərləri, kənd sakinlərinin nümayəndələri daxil ediliblər.

Son xəbərlər

Orphus sistemi