Nazir: "Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib"

Nazir: "Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib" Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib.
Region
1358
8 Mart , 2022 13:49
Nazir: Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynanın infrastrukturuna 10 milyard dollardan artıq ziyan dəyib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Rada telekanalında bildirib.

“Nəhayət ötən həftə biz yalnız nəqliyyat infrastrukturuna dəyən ziyanı hesabladıq. Atəş nəticəsində avtomobil yolları, dəmir yolu və avadanlığı, hava limanlarına ziyan dəyib, dağılıb. Ötən həftə bu ziyan 10 milyard dollardan artıq olub”, o bildirib.

Nazirin sözlərinə görə, obyektlərin çoxu bir ilə, ən mürəkkəb və ən böyük komplekslər isə 2 ilə bərpa ediləcək:

“Bu, təkcə bizim faciə deyil. Bu, bizim müharibə deyil. Ukrayna bütün sivil dünyanın maraqlarını müdafiə edir. Biz bu ölkəni onlarla birlikdə bərpa edəcəyik”.

Son xəbərlər

Orphus sistemi