​Moskvanın keçmiş meri: "Rusiyada bütün məsələlər bir-birinə qarışıb"

​Moskvanın keçmiş meri: "Rusiyada bütün məsələlər bir-birinə qarışıb" Yuri Lujkov: "Ölkə iqtisadiyyatı "əllə idarəetmə rejiminə" yönəlməkdədir"
Region
11 May , 2016 10:18
​Moskvanın keçmiş meri: Rusiyada bütün məsələlər bir-birinə qarışıb

Bakı. 11 may. REPORT.AZ/ "Rusiya iqtisadiyyatının vəziyyəti kəskin pisləşib, indiki hakimiyyətin bunun öhdəsindən gələ bilməsi çətin olacaq".

"Report" xəbər verir ki, bunu Moskva şəhərinin keçmiş meri Yuri Lujkov "İnterfax"a müsahibəsində bildirib.

O qeyd edib ki, Nazirlər Kabineti gerçək iqtisadiyyat və elmlə məşğul olmur: "Elmin, xüsusi ilə tətbiqi elmin inkişaf etməməsi perspektivdə ölkəni yeni texniki avadanlıqların, elektronika və yeni məmulatların istehsalından məhrum edəcək".

Keçmiş mer Rusiyanın kredit qaydalarını tənqid edərək, onun sərt olduğunu vurğulayıb: "Bizim ölkədə bütün məsələlər bir-birinə qarışıb. Rusiya pul oynu ilə məşğuldur. Özünü bütünlükdə neftdən asılı vəziyyətə salıb".

Onun sözlərinə görə, hazırda Rusiyada praktiki olaraq, sənayenin gəlir gətirəcək, bankın dərəcələrini ödəyə biləcək müxtəlif sahələri yox dərəcəsindədir.

Y.Lujkov Rusiya iqtisadiyyatının və sosial sahənin "əllə idarəetmə" sisteminə yuvarlandığından ehtiyatlandığını söyləyib: "Rusiya prezidenti Vladimir Putinlə birbaşa sual-cavab yayımlarında da verilən sualların sayı da bunu təsdiqləyir. Tam məsuliyyətlə demək olar ki, ölkə birinci şəxsə, "əllə idarəetmə rejiminə" yönəlməkdədir".

Son xəbərlər

Orphus sistemi