Moskvada yaşayış binasında yanğın: 2 ölü, 12 yaralı var - YENİLƏNİB

Moskvada yaşayış binasında yanğın: 2 ölü, 12 yaralı var - YENİLƏNİB Moskvada Yeni Moskva rayonun Mosrentgen qəsəbəsində yaşayış binasının yanması nəticəsində ilkin məlumata görə iki nəfər ölüb
Region
6 Fevral , 2021 17:00
Moskvada yaşayış binasında yanğın: 2 ölü, 12 yaralı var - YENİLƏNİB

Yeni Moskvada doqquzmərtəbəli yaşayış binasındakı yanğın nəticəsində 2 uşaq ölüb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, yanğın 25 kvadratmetrlik sahəni əhatə edib.

Yanğın binanın üçüncü mərtəbəsindəki mənzillərdən birinin eyvanından yayılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

16:35

Moskvada Yeni Moskva rayonun Mosrentgen qəsəbəsində yaşayış binasının yanması nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, yanğın mənzillərdən birinin eyvanında başlayıb.

Hadisənin səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi