Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrdə hərbi maşın kolonları hərəkət edir - VİDEO

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrdə hərbi maşın kolonları hərəkət edir - VİDEO Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.
Region
24 İyun , 2023 15:02
Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, küçələrdə hərbi maşın kolonları hərəkət edir - VİDEO

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Moskvanın mərkəzində, Kremlin divarları yaxınlığında hərbi maşın kolonlarının hərəkəti müşahidə olunur.

Şəhərdə mülki avtomobilləri yoxlayan polis patrullarını da görmək olur.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi