Moskvada koronavirusa yoluxma hallarının sayı Çindən çoxdur

Moskvada koronavirusa yoluxma hallarının sayı Çindən çoxdur Rusiyanın paytaxtı Moskvada ötən sutka 6 703 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
7 May , 2020 11:56
Moskvada koronavirusa yoluxma hallarının sayı Çindən çoxdur

Rusiyanın paytaxtı Moskvada ötən sutka 6 703 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, şəhərdə indiyədək 92 676 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu göstəriciyə görə, 13 milyon əhalisi olan Moskvada qeydə alınmış yoluxma hallarının sayı pandemiyanın mənbəyi olan Çindən çoxdur. Çində indiyədək 82 885 nəfərə koronavirus diaqnozu qoyulub.

Qeyd edək ki, son məlumata görə, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 177 160-a yüksəlib. Ölkədə 23 803 nəfər virusdan sağalsa da, 1 625 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi