Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi"

Mixaylo Podolyak: "Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi" Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi.
Region
2 Fevral , 2024 15:18
Mixaylo Podolyak: Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi

Ukrayna yay əks-hücumlarında bəzi taktiki səhvlər etdi.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, ona görə də müəyyən problemlər olub: “Bəli, müəyyən taktiki səhvlər olub, hərbi və siyasi rəhbərlik bu barədə danışır”.

M.Podolyak Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanovla həmfikir olduğunu diqqətə çatdırıb: “Ukrayna qalib gəlmək üçün yalnız müdafiə ilə kifayətlənə bilməz. Konkret strategiya olmalıdır”.

Prezident Ofisinin müşavirinin sözlərinə görə, rəsmi Kiyev fəal hücuma keçməlidir.

Son xəbərlər

Orphus sistemi