Mixeil Saakaşviliyə 6 il qiyabi həbs cəzası verilib

Region
  • 28 iyun, 2018
  • 14:42
Mixeil Saakaşviliyə 6 il qiyabi həbs cəzası verilib

Bakı. 28 iyun. REPORT.AZ/ Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində 6 il müddətinə qiyabi həbs cəzası çıxarıb. 

"Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o, 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsinə dair cinayət işində təqsirli bilinir.

İstintaq müəyyənləşdirib ki, 2005-ci ilin iyununda "Rezonansi" qəzetində "Valeri Gelaşvili öz evini Saakaşviliyə verəcək" başlıqlı məqalə dərc edildikdən sonra M.Saakaşvili o vaxtkı daxili işlər naziri Vano Merabişviliyə V.Gelaşvilini döyməyi tapşırıb.  

Bildirilib ki, M.Saakaşvilinin tapşırığı 2005-ci il iyulun 14-də həyata keçirilib.