Mixeil Saakaşvili Gürcüstana gedəcəyini elan edib

Mixeil Saakaşvili Gürcüstana gedəcəyini elan edib O, bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib
Region
20 Aprel , 2021 13:23
Mixeil Saakaşvili Gürcüstana gedəcəyini elan edib
Mixeil Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstana getməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”.

Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib.

O, Vahid Milli Hərəkat Partiyasını hakimiyyətlə razılaşmanı Nika Meliyanın həbsdən azad edilməsindən sonra imzalamağa və parlamentə daxil olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi