Metyu Miller: “İranın raket proqramı regional təhlükəsizliyə ciddi təhdid yaradır”

Metyu Miller: “İranın raket proqramı regional təhlükəsizliyə ciddi təhdid yaradır” “Amerika Birləşmiş Ştatları Avropadakı müttəfiqləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin etibarlılığından asılı olmayaraq, İranın raket proqramının inkişafına qarşı çıxmağa davam edəcək”.
Region
30 İyun , 2023 03:19
Metyu Miller: “İranın raket proqramı regional təhlükəsizliyə ciddi təhdid yaradır”

“Amerika Birləşmiş Ştatları Avropadakı müttəfiqləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin etibarlılığından asılı olmayaraq, İranın raket proqramının inkişafına qarşı çıxmağa davam edəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın raket proqramı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır:

“Biz BMT-nin sanksiyalarından asılı olmayaraq, İranın raket proqramının yaratdığı təhlükəyə qarşı çıxmaq üçün Avroüçlüklə (Böyük Britaniya, Almaniya və Fransa - Qeyd) və Avropa İttifaqındakı tərəfdaşlarımız və müttəfiqlərimizlə işləməyə davam edəcəyik.

Biz İranın raket proqramının gələcək inkişafına qarşı çıxmaq, raketlərin və digər texnologiyaların başqa ölkələrə çatdırılması ehtimalının qarşısını almaq üçün sanksiyalar və ixrac nəzarəti də daxil olmaqla bütün vasitələrdən istifadə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi