Bakı. 3 dekabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidməti Metsamor Atom Elektrik Stansiyası (AES) da daxil olmaqla bir neçə korrupsiya ocağını aşkarlayıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, Metsamor AES-in vəzifəli şəxsləri ilə əlbir olan bəzi kənar şəxslər müəssisə üçün təhlükəsizlik cihazlarının təkrar satışı barədə sənədlərində qiymətləri şişirtmək yolu ilə 7 milyon dramlıq avadanlığı 33 milyon drama satmaqla dövlətə 25 milyon dram (51 min ABŞ dollarından artıq) məbləğində ziyan vurublar.
Ümumiyyətlə, ölkə boyu dövlət vəsaitlərinin dağıdılmasına dair 10 cinayət işi açılıb.