Mərsində ağır yol qəzasında yaralananların sayı 39-a çatıb, 10 nəfər ölüb – YENİLƏNİB 2

Mərsində ağır yol qəzasında yaralananların sayı 39-a çatıb, 10 nəfər ölüb – YENİLƏNİB 2 Türkiyənin Mərsin şəhərində zəncirvari yol-nəqliyyat hadisəsində azı 11 nəfər ölüb.
Region
26 May , 2024 23:36
Mərsində ağır yol qəzasında yaralananların sayı 39-a çatıb, 10 nəfər ölüb – YENİLƏNİB 2

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində yaralananların sayı 39-a yüksəlib, 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

“Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu Mərsin şəhərinin Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Təəssüf ki, qəzada, ilkin məlumatlara görə, 10 vətəndaşımız həyatını itirib, 39 vətəndaşımız isə yaralanıb”, – DİN başçısı qeyd edib.

21:57

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Mərsin valisi Ali Hamza Pehlivan açıqlayıb.

“TAG (Tarsus-Adana-Qaziantep – red.) avtomobil yolunda baş vermiş qəzada, ilkin məlumata görə, 10 nəfər ölüb, 30 nəfər yaralanıb”, – vali agentliyin müxbirinə bildirib.

“Anadolu” qeyd edib ki, olaya səbəb “Star Diyarbakır” şirkətinə məxsus avtobusun qarşı hərəkət zolağına çıxaraq 2 minik avtomobili və 1 yük maşınına çırpılması olub.

21:39

Türkiyənin Mərsin şəhərinin Tarsus rayonunun Yenicə qovşağında zəncirvari yol-nəqliyyat hadisəsində azı 11 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

İHA müxbirinin sözlərinə görə, yerli vaxtla saat 19:45 radələrində (Bakı vaxtı ilə 20:45) Osmaniyyədən Mərsinə gedən şəhərlərarası sərnişin avtobusunun sürücüsü Tarsus-Adana arasındakı Yenicə qovşağında idarəetməni itirərək qarşı zolağa keçib. Sərnişin avtobusu yük və minik avtomobillərinə çırpılıb. Qəzadan sonra Mərsin və Adana istiqamətlərində nəqliyyatın hərəkəti dayanıb. Bölgəyə xilasetmə, təcili yardım və polis cəlb edilib.

İlkin məlumata görə, qəza nəticəsində azı 11 nəfər ölüb. Çoxlu sayda insan yaralanıb. Təcili tibbi yardım briqadaları yaralıları ətrafdakı xəstəxanalara çatdırır.

Son xəbərlər

Orphus sistemi