MDB Müşahidə Missiyasının rəhbəri Özbəkistandakı seçkiləri qiymətləndirib

MDB Müşahidə Missiyasının rəhbəri Özbəkistandakı seçkiləri qiymətləndirib Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib.
Region
25 Oktyabr , 2021 10:53
MDB Müşahidə Missiyasının rəhbəri Özbəkistandakı seçkiləri qiymətləndirib

"Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-nin İcraçı katibi, MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev bildirib.

Dünən Özbəkistanda keçirilmiş prezident seçkilərində seçicilərin 33%-i iştirak etdiyindən seçkilər baş tutmuş hesab olunur.

“Özbəkistanda prezident seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib”, - Lebedev MDB Müşahidə Missiyasının seçkilərin nəticələrinə həsr olunmuş brifinqində bildirib.

Onun sözlərinə görə, bütün namizədlərə bərabər imkanlar yaradılıb, seçkilər rəqabətli şəraitdə keçirilib: "Seçkilərdə 5 namizədin iştirak etməsi seçki kampaniyasında və seçkilərdə rəqabətliliyinin göstəricisidir".

Son xəbərlər

Orphus sistemi