MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrın 12-də videokonfrans formatında keçiriləcək.
“Report” MDB-nin İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, hökumət başçılarının MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqları, dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı mövzuları müzakirə edəcəkləri gözlənilir.
Bundan başqa, MDB Hökumət Başçıları Şurasının növbəti iclasının keçirilmə vaxtı və yerinin müəyyənləşdirilməsi, Birlik ölkələrinin informasiya-telekommunikasiya şəbəkələrində müəllif hüquqları və qarışıq hüquqlar, habelə innovasiya əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyəti tənzimləyən sənədlərin imzalanması planlaşdırılır.
İclas zamanı MDB-də Xalq yaradıcılığı və mədəni irs ili çərçivəsində 2022-ci ildə tədbirlərin keçirilməsi üzrə plan layihəsinin təsdiq ediləcəyi gözlənilir.