Maykl Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək

Maykl Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək ABŞ dövlət katibi Maykl Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.
Region
1 Noyabr , 2019 15:45
Maykl Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibi Maykl Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits məlumat verib.

Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkel Maykl Pompeonu qəbul edəcək: “Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, beynəlxalq aktual məsələlər olacaq. Pompeo Almaniyanın xarici işlər naziri Hayko Maas, müdafiə naziri Anneqret Kramp-Karrebauer, eləcə də maliyyə naziri Olaf Şoltsla da görüşəcək”.

Nazirlər Kabinetinin sözçüsü görüş zamanı Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması məsələsinin müzakirə olunacağını da ehtimal edib. 

Son xəbərlər

Orphus sistemi